Azərbaycanlı rejissorun filmi “Oskar” mükafatına namizəddir
Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə 2020-ci ildə “Salnamə” kinostudiyasında lentə alınan Azərbaycanlı rejissor Şamil Əliyevin “Yaradanlar” filmi beynəlxalq festivallarda zəfər yürüşünü davam etdirir.
YeniAvropa xəbər verir ki, “Yaradanlar” (CREATORS) filmi 95-ci Amerika İncəsənət və Elmlər Akademiyasının “Oskar” mükafatına namizədlərin uzun siyahısına daxil edilib. Bu, “Oskar” Akademiya mükafatlarının əsas tarixlərinin elanından sonra məlum olub.
Beləliklə, www/international-feature.com saytı bildirir ki, mükafatlandırma mərasimi 2023-cü il martın 12-də keçiriləcək. Mərasim ABŞ-ın ABC kanalında canlı yayımlanacaq. Namizədlər gələn il yanvarın 24-də elan olunacaq. 95-ci Akademiya mükafatların qısa siyahısı isə bu il dekabrın 21-də elan ediləcək.
Sevindirici haldır ki, beynəlxalq filmlərin uzun siyahısında həmyerlimiz, tanınmış azərbaycanlı rejissor Şamil Əliyevin “Yaradanlar” filmi də yer alıb. Sənədli filmin müddəti bir saat bir dəqiqədir. Film XX əsrin dahi Azərbaycan memarları Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda kommunist-bolşevik ideologiyasının Azərbaycanın mədəni irsinə və düşüncə tərzinə amansız təsirinin öyrənilməsindən bəhs edir. Ekran əsərində vurğulanır ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyub, onlara qayğı göstərib.
Məlumatda qeyd olunur ki, “Oskar” Akademiyasının mükafatlarına namizədlərin səsverməsi 2023-cü il yanvarın 12-də başlayır və
yanvarın 17-də başa çatır. Yekun səsvermə 2023-cü il martın 2-də başlayır və martın 7-də başa çatır.
Filmin ideya müəllifi Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri, Əməkdar memar, professor Elbəy Qasımzadə, ssenari müəllifi xalq yazıçısı Natiq Rəsulzadə, quruluşçu operatoru Rüfət Süleymanov, rəssamı Lalə Hüseynzadə, bəstəkarı Azər Əsgərov, prodüseri Nazim Hüseynovdur.
Xatırladaq ki, bu, üçü bədii, yeddisi sənədli film olmaqla 10 filmin müəllifi Şamil Əliyevin “Oskar” nominasiyası üzrə uzun siyahıya daxil olan ikinci filmidir. 2012-ci ildə lentə alınan ilk filmi - son illərin ən titullu filmi olan "Steppe man" ("Çölcü") rejissor Şamil Əliyevə dünya şöhrəti gətirdi. “Çölçü” filmi 2014-cü ildə “Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatının ilkin siyahısına daxil edilib və artıq onlarla beynəlxalq festivalda iştirak edib, demək olar ki, bütün kateqoriyalar üzrə 100-dən çox mükafat alıb.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq