logo

Bu gün cəmi 1 doza vaksin vurulub

17:17 07-11-2022 | icon 3031
Bu gün cəmi 1 doza vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə yalnız bir vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 913 928, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 390 658, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 001, üç və daha çox doza vaksin vurduranların sayı 3 388 016, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 253 təşkil edir.