logo

Bakıda avtovağzalda içində 30 000 dollar olan çanta oğurlanıb

11:11 07-11-2022 | icon 1484
Bakıda avtovağzalda içində 30 000 dollar olan çanta oğurlanıb

Bakı Beynəlxalq Avtovağzalında içərisində 30 000 dollar çanta oğurlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə noyabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində içərisində 30 000 ABŞ dolları və geyim əşyaları olan çantanın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Azər Vəliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.