Azərbaycan-Türkiyə biznes forumu keçirilib
Noyabrın 4-də Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayın Azərbaycana səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində Azərbaycanın İqtisadiyyat və Türkiyənin Ticarət nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib.
YeniAvropa xəbər verir ki, forumda iki qardaş ölkənin hökumət nümayəndələri, qida, tikinti, nəqliyyat, logistika, sənaye, İKT, tekstil və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Forumda çıxış edən Azərbaycanın baş naziri Əli Əsədov Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətlərinin hər iki dövlət başçısının yorulmaz səyləri nəticəsində bu gün ən yüksək zirvədə olduğunu vurğulayıb. Baş nazir ölkəmizdə yaradılan əlverişli investisiya mühiti barədə məlumat verərək bildirib ki, hazırda Azərbaycanda 5 minə yaxın Türkiyə şirkəti qeydiyyata alınıb və bu, xarici dövlətlər arasında ən yüksək göstəricidir. Qeyd edilib ki, biznes dairələrimizin birgə fəaliyyəti və sıx əməkdaşlığı Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsinə və ölkələrimiz arasında ticarət dövriyyəsinin, investisiya qoyuluşunun artmasına töhfə verəcək. İqtisadi, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığımız qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayır.
Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsindən sonra ikitərəfli əməkdaşlığımız üçün yeni imkanlar açılıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri geniş vüsət alıb və Türk şirkətləri bu işlərdə yaxından iştirak edirlər.
Baş nazir iqtisadi əlaqələrin inkişafında Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının səmərəli platforma olduğunu diqqətə çatdırıb və qeyd edib ki, bu gün Komissiyanın Bakıda keçirilmiş 10-cu yubiley iclasında ortaq maraq doğuran bir çox sahələr üzrə məsələlər müzakirə edilib.
Türkiyənin vitse-prezidenti Fuat Oktay biznes forum iştirakçılarını salamlayaraq Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, qardaş xalqlarımızı möhkəm mədəni-tarixi əlaqələrin birləşdirdiyini vurğulayıb. Vitse-prezident Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan danışıqların mühüm əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycan-Türkiyə iqtisadi-ticarət əməkdaşlığı uğurla inkişaf edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, hər iki ölkənin iştirakı ilə enerji və nəqliyyat sahəsində qlobal və regional əhəmiyyətli meqalayihələr reallaşdırılır. Fuad Oktay biznes forumun iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində əhəmiyyətli olacağını vurğulayıb, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika, ticarət, müdafiə sənayesi və digər sahələrdə əlaqələrin inkişafı üçün geniş potensialı qeyd edib, biznes dairələrini daha fəal əməkdaşlığa, birgə investisiyaların yatırılmasına dəvət edib.
Forum çərçivəsində hər 2 ölkənin dövlət qurumları və sahibkarlıq subyektləri arasında əməkdaşlığa dair 14 sənəd imzalanıb.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib, sahibkarlar əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması məsələlərini müzakirə ediblər.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq