logo

Bakıda fəhlə qurutma dəzgahının bunkerinə yıxılaraq ölüb

14:14 22-10-2022 | icon 7749
Bakıda fəhlə qurutma dəzgahının bunkerinə yıxılaraq ölüb

Oktyabrın 21-i saat 13 radələrində Nərimanov rayonunun 6-cı köndələn küçəsi, 2038-ci məhəllə ünvanında yerləşən “Termoplast” MMC-də fəhlə işləyən 1966-cı il təvəllüdlü Xalıq Əmirovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumata görə, aparılmış̧ araşdırmalarla Xalıq Əmirovun müəssisənin ərazisindəki işlək halda olan qurutma dəzgahının bunkerinə yıxılması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölməsi müəyyənləşdirilb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.