logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 387 min nəfəri ötüb

18:48 16-10-2022 | icon 2569
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 387 min nəfəri ötüb

Oktyabrın 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 606 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 148, ikinci doza vaksinlərin sayı 201, üç və daha çox doza vaksinlərin sayı 228, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 902 min 789, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 387 min 156, ikinci mərhələ üzrə 4 milyon 869 min 884, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 383 min 273, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 476-dır.