logo

Azərbaycan yenidən  “Eurovision” uşaq mahnı müsabiqəsinə qayıdır

13:15 27-07-2018 | icon 3563
Azərbaycan yenidən  “Eurovision” uşaq mahnı müsabiqəsinə qayıdır

Azərbaycan qısa fasilədən sonra yenidən “Eurovision” uşaq mahnı müsabiqəsinə qayıdır.

Müsabiqənin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, noyabrın 25-də Minsk şəhərində keçiriləcək “Eurovision-2018” uşaq mahnı müsabiqəsində iştirak edəcəyini rəsmi şəkildə təsdiq edən ölkələrin sayı 19-a çatıb. Azərbaycanla yanaşı, Albaniya, Avstraliya, Belarus, Fransa, Gürcüstan, İtaliya, İsrail, Qazaxıstan, Portuqaliya, Polşa, İrlandiya , Serbiya, Rusiya və digər ölkələr müsabiqədə iştirak edəcəklər.

Mahnı müsabiqəsi 15 min tamaşaçı yeri olan “Minsk Arena”da baş tutacaq.

Azərbaycanı təmsil edəcək iştirakçının adı yaxın vaxtlarda müəyyən olunacaq.