logo

Sabah Bakıda 28° isti olacaq

13:33 04-10-2022 | icon 1736
Sabah Bakıda 28° isti olacaq

Azərbaycanda oktyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20°, gündüz 25-29° isti, Bakıda gecə 17-19°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21°, gündüz 28-33° isti, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacaq.