logo

Enerji sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı müzakirə edilib

12:42 28-09-2022 | icon 2548
Enerji sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı müzakirə edilib

Qazaxıstanın Almatı şəhərində Türk Dövlətləri Təşkilat (TDT) enerji nazirlərinin tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazovla Özbəkistanın energetika nazirinin birinci müavini - nazir vəzifəsini icra edən Azim Ahmedxacayev arasında görüş olub.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycanla Özbəkistan arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bu ilin avqust ayında imzalanan yol xəritəsinin icrasından irəli gələn məsələlər müzakirə edilib. Həmçinin Azərbaycandan neft və neft-kimya məhsullarının nəqli, elektrik və qaz-turbin stansiyaları layihələri, eləcə də enerji tənzimləməsi məsələləri üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, dövlət başçılarının siyasi iradəsi və qarşıya qoyulan vəzifələr ölkələrimiz arasında hərtərəfli münasibətlərin inkişafı ilə bağlı fəaliyyətin əsasını təşkil edir. Qarşılıqlı səylərin gücləndirilməsi və koordinasiyalı fəaliyyət sayəsində enerji sahəsində çoxşaxəli əməkdaşlıq istiqamətləri ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşməsinə töhfə verəcək.