logo

Bakıda Azərbaycan-Avstriya biznes forumu keçiriləcək

12:21 28-09-2022 | icon 2170
Bakıda Azərbaycan-Avstriya biznes forumu keçiriləcək

Avstriyanın Azərbaycandakı ticarət məsləhətçisi Gerhard Lakner İxracın və İnvestisiyaların Təşviqi Agentliyində(AZPROMO) olub.

AZPOMO-dan YeniAvropa-ya bildirilib ki, qurumun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, həyata keçirilən layihələr barədə məlumat verib.

Görüşdə işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Avstriya biznes forumunun keçirilməsi imkanları müzakirə olunub.