logo

Almatıda Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin görüşü olacaq

18:48 27-09-2022 | icon 973
Almatıda Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin görüşü olacaq

Energetika naziri Pərviz Şahbazov sentyabrın 28-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclasında iştirak edəcək.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, tədbirdə təşkilat çərçivəsində neft-qaz, neft-kimya, bərpa olunan və ağıllı enerji, enerji səmərəliliyi sahələrində əməkdaşlıq, yaşıl enerji keçidi, dayanıqlı enerjinin inkişafı üzrə müzakirələr aparılacaq.

İclasda nazir Pərviz Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.