logo

Milli Məclisin deputatları Xorvatiyaya səfər edəcəklər

12:32 24-09-2022 | icon 826
Milli Məclisin deputatları Xorvatiyaya səfər edəcəklər

Milli Məclisin deputatları Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin dəvəti ilə sentyabrın 25-də Xorvatiyanın Zaqreb şəhərinə səfər edəcəklər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənYeniAvropa-ya bildirilib ki, nümayəndə heyətinin tərkibində Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva, qrupun üzvləri Eldar Quliyev və Kamran Bayramov yer alıblar.

Səfər çərçivəsində deputatlarımızın parlamentin sədr müavini, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupu və komitə sədrləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə qarşılıqlı parlamentlərarası əlaqələrin inkişafı və ikitərəfli münasibətlərin perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 28-də başa çatacaq.