logo

Aİ xüsusi nümayəndəsini Azərbaycan və Ermənistana göndərir

14:34 13-09-2022 | icon 3108
Aİ xüsusi nümayəndəsini Azərbaycan və Ermənistana göndərir

Avropa İttifaqının(Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı Bakı və İrəvana səfər edəcək.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel məlumat verib.

“Aİ-nin xüsusi nümayəndəsi Toyvo Klaar gərginliyi azaltmanı dəstəkləmək və Ermənistan və Azərbaycan liderləri arasında Brüssel dialoq prosesində növbəti addımları müzakirə etmək üçün dərhal iki ölkəyə səfər edəcək”, - deyə diplomat vurğulayıb.