logo

Ermənilər Kəlbəcər və Laçındakı mövqelərimizi atəşə tutub

09:09 07-09-2022 | icon 1519
Ermənilər Kəlbəcər və Laçındakı mövqelərimizi atəşə tutub

Sentyabrın 6-sı saat 19:50-dən 7-si saat 01:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Qarakilsə rayonunun Noravan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən YeniAvropa-ya bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.