Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi fəaliyyətə başlayıb
Daşkənddə Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) açılışı olub və biznes-forum keçirilib.
YeniAvropa xəbər verir ki, Azərbaycan, Türkiyə və Özbəkistanın Dövlət himnləri səsləndikdən sonra Forumu açıq elan edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycanın Özbəkistandakı Səfirliyin birinci katibi Samir Abbasov hər iki tərəfdən orta və kiçik sahibkarlıq sahələrinin 30-dan çox nümayəndəsinin iştirak etdiyini qeyd edib.
"Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin iki ölkə arasındakı tarixi münasibətlər, mövcud strateji əməkdaşlığa dair fikirləri və gələcək münasibətlərimizin inkişafına dair verdikləri tapşırıqlar və tövsiyələr bu işdə bizim üçün əsas yol xəritəsidir", - diplomat vurğulayıb.
O, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Türkiyə və Mərkəzi Asiya regionu üçün mühüm təşəbbüs olan Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb ola biləcəyini vurğulayıb. S.Abbasov yeni yaradılan Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin fəaliyyətinə uğurlar arzulayıb.
Birliyin rəhbəri Ruslan İmanzadə çıxışında yeni yaradılan Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi haqqında məlumat verib, iki ölkə arasında iqtisadi əlaqələrə dair əldə olunmuş nailiyyətləri qeyd edib.
O, bu ilin yanvar-aprel aylarında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 50,1 milyon ABŞ dolları olub, bunun 33,5 milyon ABŞ dolları ixrac, 16,6 milyon ABŞ dolları idxal əməliyyatlarının payına düşür.
O deyib ki, bu gün Özbəkistan ərazisində Azərbaycan kapitalının iştirakı ilə ticarət, maşınqayırma, metal emalı, maliyyə, sığorta, daşınmaz əmlak, energetika, zərgərlik məmulatlarının istehsalı, təmiri, qida və yüngül sənaye sahələrini əhatə edin 234 müəssisə fəaliyyət göstərir.
Özbəkistan İqtisadiyyat Assosiasiyasının rəhbəri Muxtar Umarov ölkələrimiz arasında əməkdaşlığın inkişafından danışıb, biznes sahəsinin daha da inkişaf etdirilməsinin vacibliyinə toxunub. O, iki ölkə arasında iqtisadiyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolunda böyük potensialın olduğunu qeyd edərək, azərbaycanlı iş adamlarının Özbəkistanda investisiya yatırımları üçün yaxşı imkanların olduğunu söyləyib. M. Umarov ölkələrimizin biznes dairələri arasında görüşlərin faydalı olacağına inamını ifadə edərək, belə görüşlərin bundan sonra həm Daşkənddə, həm də Bakıda keçirilməsini vacibliyini vurğulayıb.
Sonra iş adamlarının iştirakı ilə ikitərəfli görüşlər keçirilib, konkret layihələr müzakirə olunub, qonaqlar Daşkəndin bir sıra biznes sahələri ilə tanış olublar.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq