logo

Ordumuzun Ermənistan hərbçisini öldürməsi xəbəri yalandır

15:05 06-09-2022 | icon 1421
Ordumuzun Ermənistan hərbçisini öldürməsi xəbəri yalandır

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumat yayıb.

“Bu məlumatı qəti surətdə təkzib edirik”, - məlumatda deyilir.