logo

Lökbatanda “Nissan” “Zapı" ilə toqquşdu, sürücü öldü

12:23 26-08-2022 | icon 9975
Lökbatanda “Nissan” “Zapı" ilə toqquşdu, sürücü öldü

Avqustun 25-də saat 12 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Qəbələ rayon sakini A.Səlimov idarə etdiyi “Nissan” markalı avtomobili qarşıda gedən Abşeron rayon sakini Muradalı Manafovun sürdüyü “ZAZ” markalı avtomobilə vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, qəza nəticəsində xəstəxanaya yerləşdirilən M.Manafov orada ölüb.

Hadisə ilə bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.