logo

Məktəblərin sentyabrın 15-də açılması təxirə salınmayacaq-Nazir

12:58 23-08-2022 | icon 5663
Məktəblərin sentyabrın 15-də açılması təxirə salınmayacaq-Nazir

"Koronavirusla əlaqəli fövqəladə vəziyyət baş verməsə, yeni tədris ilinin sentyabrın 15-də başlanması planlaşdırılır".

YeniAvropa xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, hazırda COVİD-19-a yoluxma ilə bağlı vəziyyət qənaətbəxşdir və nəzarət altındadır.