logo

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzi ləğv edilib

11:55 20-08-2022 | icon 1764
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzi ləğv edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 may tarixli 84 nömrəli Qərarının ləğv edilməsi barədə qərar qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə nazirlər kabinetindən bildirilib. Qeyd edilib ki, Azərbaycan Respublikası prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanı ilə İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun ləğv edilməsi tapşırığı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 209 nömrəli Qərarı ilə bir sıra institutlar, o cümlədən İxtisaslaşdırma və İxtisasartırma İnstitutu ləğv edilmişdir.

Təlim ehtiyaclarının ödənilməsi ilə bağlı dövlət orqanları, özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində fəaliyyət qurulduğundan və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzinin ləğv edilməsi zərurəti yaranmışdır.