logo

Azərbaycan əhalisinin sayı 10 milyon 179 min nəfəri ötüb

10:50 18-07-2022 | icon 1260
Azərbaycan əhalisinin sayı 10 milyon 179 min nəfəri ötüb

Azərbaycan əhalisinin sayı açıqlanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 22781 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il iyun ayının 1-i vəziyyətinə 10 milyon 179 min 147 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.