logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 361 min nəfəri ötüb

17:35 17-07-2022 | icon 3059
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 361 min nəfəri ötüb

İyulun 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1763 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 311, ikinci doza vaksinlərin sayı 108, üç və daha çox doza vaksinlərin sayı 1119, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 225-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 791 min 605, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 361 min 595, ikinci mərhələ üzrə 4 milyon 856 min 181, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 322 min 358, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 251 min 471-dir.