logo

Sabah Bakıda 37°, bəzi bölgələrdə isə 44° isti olacaq

14:30 17-07-2022 | icon 1281
Sabah Bakıda 37°, bəzi bölgələrdə isə 44° isti olacaq

Azərbaycanda iyulun 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26°, gündüz 33-38° isti, Bakıda gecə 23-25°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət 55-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 37-41°, bəzi yerlərdə 43-44° isti, dağlarda gecə 10-15° isti, gündüz 28-33° isti olacaq.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-28°, gündüz 35-40°, bəzi yerlərdə 42-43° isti olacaq.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 28-33° isti olacağı proqnozlaşdırılır.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 28-33° isti olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 22-26°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacağı ehtimalı var.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 37-41°, bəzi yerlərdə 43-44° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 34-39° isti, dağlarda gecə 19-22°, gündüz 28-33° isti olacaq.