logo

Azərbaycanda daha 151 nəfər koronavirusa yoluxdu

16:56 16-07-2022 | icon 2555
Azərbaycanda daha 151 nəfər koronavirusa yoluxdu

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 151 yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 794 min 398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 961 nəfər müalicə olunaraq sağalıb, 9 min 723 nəfər vəfat edib. Aktiv xəstə sayı 714 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 487, bu günə qədər isə ümumilikdə 6 milyon 999 min 322 test icra olunub.