logo

"Azercell"dən açıqlama

10:30 14-07-2022 | icon 3367
"Azercell"dən açıqlama

 

“Azercell Telekom” MMC bütün abunəçilərini “WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə, sorğu və ismarışlara reaksiya verməməyə çağırır.

YeniAvropa xəbər verir ki, bu barədə şirkətin bu gün yaydığı açıqlamada deyilir. 

"Bildiririk ki, müvafiq məzmunun "Azercell"ə heç bir aidiyyəti yoxdur. Yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün “Azercell Telekom” MMC öz abunəçilərinə şübhəli zəng və mesajları cavablamamağı, etibar doğurmayan internet saytlardan istifadə etməməyi, həmçinin cihaz və nömrəilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonlarını nəzarətsiz qoymamağı, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və s. təkliflərdən yararlanmamağı tövsiyə edir",-deyə açıqlamada bildirilir..