logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

09:54 14-07-2022 | icon 1344
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 56 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 27 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb.

Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı altı fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.