logo

Sinoptiklərdən güclü külək xəbərdarlığı

16:32 13-07-2022 | icon 1456
Sinoptiklərdən güclü külək xəbərdarlığı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumatda sabahdan hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Bildirilib ki, iyulun 14-ü axşamdan 16-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s olacaq.

Azərbaycanın rayonlarında isə iyulun 14-ü axşamdan 16-dək bəzi rayonlarda qərb küləyi arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.