logo

Azərbaycanda daha 49 nəfər koronavirusa yoluxdu

15:55 05-07-2022 | icon 3248
Azərbaycanda daha 49 nəfər koronavirusa yoluxdu

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 49 yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 793 min 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 465 nəfər müalicə olunaraq sağalıb, 9 min 718 nəfər vəfat edib. Aktiv xəstə sayı 254 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 403, bu günə qədər isə ümumilikdə 6 milyon 974 min 930 test icra olunub.