Daşkənddə Türk Dövlətləri Təşkilatı Kənd Təsərrüfatı Nazirlərinin Toplantısı keçirilir
Özbəkistan Respublikasının paytaxtı Daşkənddə Türk Dövlətləri Təşkilatının 1-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısı keçirilir.
YeniAvropa xəbər verir ki, Özbəkistanın kənd təsərrüfatı naziri Cəmşid Xocayev və Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyevin sədrlik etdiyi toplantıya quruma üzv olan və müşahidəçi qismində dəvət edilən ölkələrin kənd təsərrüfatı nazirləri qatılıblar.
Nazirlər Toplantısının keçirilməsində məqsəd iştirakçı dövlətlər arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı maraq doğuran layihələri reallaşdırmaq imkanlarını müzakirə etməkdir.
Tədbirdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan aqro-ərzaq sisteminin davamlı transformasiyasına nail olmaq üçün böyük səylər göstərir: “Yaşıl enerji, rəqəmsallaşma və innovativ həllər dayanıqlı milli aqro-ərzaq sisteminin qurulması istiqamətində fəaliyyətimizin əsas prinsipləridir. Azərbaycanda uğurlu rəqəmsal kənd təsərrüfatı transformasiyası həyata keçirilir. Mövcud təcrübə müvafiq beynəlxalq təşkilatlar tərəfindən ən yaxşı qlobal təcrübələrdən biri kimi qəbul olunur. Ölkəmizdə 500 mindən çox fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə rəqəmsal kənd təsərrüfatı xidmətlərindən və dövlət dəstəyindən faydalanır. Azərbaycan bu təcrübəni Türk Dövlətləri Təşkilatının üzvləri ilə bölüşməyə hazırdır”.
Çıxış edən natiqlər türk dövlətlərinin kənd təsərrüfatının bütün istiqamətləri üzrə geniş əməkdaşlıq potensialının olduğunu bildiriblər.
Tədbirin sonunda Türk Dövlətləri Təşkilatının 1-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısının Yekun Bəyannaməsi qəbul olunub.
Toplantı çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovla Özbəkistanın kənd təsərrüfatı naziri Cəmşid Xocayevin ikitərəfli görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana son rəsmi səfəri zamanı əməkdaşlığın gücləndirilməsi ilə bağlı qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsi, əməkdaşlığın gələcək fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.
Görüşün sonunda Azərbaycanla Özbəkistan arasında Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq üzrə Yol Xəritəsi imzalanıb. Yol Xəritəsində iki ölkənin aqrar sığorta sistemi, kənd təsərrüfatının rəqəmsallaşdırılması, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri sahəsində təcrübə mübadiləsi aparması, ipəkçilik sahəsində birgə müəssisənin yaradılması və digər məsələlər öz əksini tapıb.
Azərbaycanın kənd təsərrüfatı naziri toplantı çərçivəsində, həmçinin Türk Dövlətləri Təşkilatının baş katibi Başdad Amreyev, Qırğızıstanın kənd təsərrüfatı naziri Askarbek Canıbekov və Qazaxıstanın kənd təsərrüfatı naziri Erbol Karaşukeyevlə ikitərəfli görüşlər keçirib.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq