logo

Allahşükür Paşazadə Londana gedir

12:44 04-07-2022 | icon 567
Allahşükür Paşazadə Londana gedir

Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Böyük Britaniyaya səfərə yola düşür.

YeniAvropa xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, səfərdə məqsəd iyulun 5-6-da Londonda keçiriləcək Din və Etiqad azadlığı üzrə nazirlər konfransında iştirak etməkdir.

Səfər Böyük Britaniyanın Cənubi və Mərkəzi Asiya, Şimali Afrika, BMT və Birlik ölkələri üzrə dövlət naziri, Uimbldon Lordu Əhməd cənablarının dəvət məktubu əsasında həyata keçirilir. Konfransın məramı dünyada Din və etiqad azadlığını müdafiə etmək üçün beynəlxalq səylərə təkan verəcək və hökumətlərin müxtəlif dini və qeyri-dini icmalar və vətəndaş cəmiyyəti ilə birlikdə işləməsi yollarını nəzərdən keçirməkdir.

QMİ sədri Şeyxülislam A.Paşazadə nüfuzlu beynəlxalq konfransın plenar iclasında məruzə ilə çıxış edəcək, müzakirələrdə iştirak edəcək.

QMİ sədri Din və Etiqad azadlığı Konfransının iştirakçısı olaraq Dauninq stritdə rəsmən qəbul ediləcək.