logo

Avropa İttifaqı Moldova silahlı qüvvələrinə 40 milyon avro ayıracaq

09:09 01-07-2022 | icon 1141
Avropa İttifaqı Moldova silahlı qüvvələrinə 40 milyon avro ayıracaq

Avropa İttifaqı(Aİ) Moldova silahlı qüvvələrinə dəstək üçün 40 milyon avro ayıracaq. Bu maliyyə yardımı hərbi texnikanın alınmasına və Moldova ordusunun təliminə sərf olunacaq.

 YeniAvropa Moldova KİV-nə istinadla xəbər verir ki, bu barədə  Aİ-nin qərarında qeyd edilib. 

“Bu yardım Moldova silahlı qüvvələrinin maddi-texniki təchizatı, mobillik, komandanlıq və idarəetmə, kibermüdafiə, pilotsuz uçuş kəşfiyyatı və taktiki rabitə potensialını gücləndirəcək. Lazımi avadanlıq, materiallar və xidmətlərlə, o cümlədən təlimlərlə təmin olunacaq”,-deyə qərarda bildirlir.

Aİ vurğulayıb ki, bu məbləğ 2021-ci ilin dekabrında təsdiq edilmiş yardımın tərkib hissəsidir.