logo

Azərbaycanda ilk dəfə “Albalı və gilas” festivalı keçirilir

13:53 25-06-2022 | icon 10850
Azərbaycanda ilk dəfə “Albalı və gilas” festivalı keçirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Xaçmaz rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Azəri Home Chef” şirkəti ilə əməkdaşlıq çərçivəsində ölkədə ilk dəfə olaraq “Albalı və gilas” festivalı keçirilir.

YeniAvropa xəbər verir ki, Xaçmaz şəhərindəki “Zəfər” parkında təşkil edilən festivalda qonaqlara kənd təsərrüfatı şirkətləri təqdim edilir, festival iştirakçıları milli kulinariya nümunələri və xarici ölkələrin mətbəxləri ilə tanış olurlar.

Festivalda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, rayon icra hakimiyyətinin məsul şəxsləri, alimlər, fermerlər, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin əməkdaşları, eləcə də yerli və xarici qonaqlar iştirak edirlər.

Tədbirin keçirilməsində məqsəd fermerlərin yetişdirdiyi albalı və gilas növlərini nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirməkdir.

Festivalda kənd təsərrüfatı məhsulları istehsalçılarına mütəxəssislər tərəfindən məsləhət xidməti göstərilir.