COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 853 min nəfərə çatır
İyunun 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1360 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 178, ikinci doza vaksinlərin sayı 178, üç və daha çox doza vaksinlərin sayı 886, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 118-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 757 min 804, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 352 min 911, ikinci mərhələ üzrə 4 milyon 852 min 792, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 303 min 577, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 248 min 524-dür.