Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 26 yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 793 min 89 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 206 nəfər müalicə olunaraq sağalıb, 9 min 716 nəfər vəfat edib. Aktiv xəstə sayı 167 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 222, bu günə qədər isə ümumilikdə 6 milyon 947 min 820 test icra olunub.