logo

Emin Ağalarov ikinci dəfə evləndi

21:55 14-07-2018 | icon 137508
Emin Ağalarov ikinci dəfə evləndi

Bu gün xalq artisti Emin Ağalarovun model Alyona Qavrilova ilə toyu olub.

YeniAvropa "Veçernaya Moskva"(Вечерная Москва) nəşrinə (vm.ru/news/515298.html) istinadən bildirir ki, toy qapalı şəraitdə keçirilib.Məclisə yalnız seçilmiş dostlar və tanışlar dəvət olunublar.

Toy mərasimi Moskva ətrafındakı qolf-klublardan birində təşkil olunub. Nigah şahidləri cütlüyün ən yaxın dostları olublar.Toy şənliyini aparmaq üçün cütlüyün uşaqlıq kumiri olmuş Vladimir Kuzmin dəvət olunub.

Nəşrin yazdığına görə, bu, cütlüyün hər bir üzvü üçün ilk evlilik olmayıb. Belə ki, model Alyona Qavrilova bundan əvvəl milyarder Rustam Tariko ilə münasibətdə olub və ondan bir oğlu var. Emin Ağalarov isə Leyla Əliyeva ilə niğahdan iki oğlu var.