Gədəbəyə leysan yağışı daha sonra dolu ilə əvəzlənib.
YeniAvropa xəbər verir ki, bu gün gunorta saatlarında rayonun mərkəzi, Düzyurd, Arıxdam, Maarif, Söyüdlü və ucqar kəndlərə dolu düşüb.
Bundan başqa güclü yağışdan sonra rayonun Novasaratovka və Başkəndə sel gəlib. Sel əkin sahələrinə ziyan vurub.
Hazırda Gədəbəy rayonunda yağışlı hava davam edir.