logo

Yasamalda “Porsche” yolu keçən piyadanı vurub öldürdü

10:54 14-06-2022 | icon 7847
Yasamalda “Porsche” yolu keçən piyadanı vurub öldürdü

İyunun 13-də saat 23 radələrində Yasamal rayonunun M.Xiyabani küçəsində Bakı şəhər sakini Ç.Ağazadə idarə etdiyi “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini Ayxan Səlimovu vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, qəza nəticəsində piyada hadisə yerində ölüb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.