logo

"AZAL" və “Buta Airways”in rəsmi saytları bilet almaq mümkünsüzdür

14:10 31-05-2022 | icon 5236
"AZAL" və “Buta Airways”in rəsmi saytları bilet almaq mümkünsüzdür

Aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq “Azərbaycan Hava Yolları”(AZAL) və “Buta Airways” aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır.

YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"ın mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir.

Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq