logo

Ərdoğan Zelenskiyə zəng etdi

23:13 30-05-2022 | icon 2870
Ərdoğan Zelenskiyə zəng etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, telefon söhbəti zamanı Rusiya-Ukrayna böhranı ilə bağlı son vəziyyət müzakirə olunub.

Prezident Ərdoğan görüşdə Ukrayna ilə Rusiya arasında danışıqların davam etdirilməsi üçün hər cür səy göstərdiklərini və bundan sonra vasitəçilik də daxil olmaqla lazımi dəstəyi verməyə hazır olduqlarını bildirib.

Türkiyə prezidenti Ukrayna kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracı üçün təhlükəsiz dəhliz yaradılması layihəsinə xüsusi əhəmiyyət verdiyini bildirib.

Qeyd edilib ki, Türkiyə tərəflərin və Birləşmiş Millətlər Təşkilatının iştirakı ilə yaradılacaq İdarəetmə Mərkəzində iştiraka, eləcə də mərkəzin İstanbulda keçirilməsinə prinsipial olaraq müsbət yanaşır.