logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 347 min nəfəri ötür

18:58 28-05-2022 | icon 4865
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 347 min nəfəri ötür

Azərbaycanda son sutkada 2 597 nəfər vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza vaksinlərin sayı 349, ikinci doza vaksinlərin sayı 235 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 812-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 201 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 721 257, birinci doza peyvəndlərin ümumi sayı 5 347 500, ikinci doza vaksinlərin sayı 4 848 697 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 279 418, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 245 642 olub.