logo

Avropa İttifaqı rusiyalı biznesmenlərin 10 milyard avroluq aktivlərini dondurub

13:13 25-05-2022 | icon 2443
Avropa İttifaqı rusiyalı biznesmenlərin 10 milyard avroluq aktivlərini dondurub

Avropa İttifaqı Ukrayna ətrafında yaranan vəziyyətlə bağlı Moskvaya tətbiq etdiyi sanksiyalar çərçivəsində rusiyalı biznesmenlərə məxsus 10 milyard avroluq aktivləri dondurub.

 YeniAvropa xəbər verir ki, "DPA" agentliyi bu barədə Avropa Komissiyasının sənədlərinə istinadla məlumat yayıb. Məlumata görə, Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda rusiyalı sahibkarlar ümumi dəyəri 10 milyard avroya çatan dəbdəbəli yaxtalardan, daşınmaz əmlakdan və digər aktivlərdən məhrum olub.

Həmçinin Avropa Komissiyası mayın 25-də Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə icazə verən qanun layihəsini təqdim etməlidir. Bu vəsait Ukraynada infrastrukturun bərpası üçün istifadə oluna bilər.

Bir müddət öncə Avropa Komissiyasının sədri Ursula von der Lyayen Ukraynanın bərpası üçün hətta dondurulmuş aktivlərindən istifadə edilə biləcəyini vurğulamışdı.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynayada genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edib.