Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti görüşləri Moskvada və Brüsseldə keçiriləcək
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın növbəti görüşləri Moskva və Brüsseldə keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə mayın 24-də Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ilk görüşündə razılıq əldə olunub.