logo

Sumqayıtda çayı çirkləndirən sex sahibi cərimələnib

11:33 27-04-2022 | icon 644
Sumqayıtda çayı çirkləndirən sex sahibi cərimələnib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə toyuq cəsədlərinin Sumqayıtçaya atılması ilə bağlı daxil olan şikayət xidmətin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmət rəsmisi Fərid Piriyev YeniAvropa-ya bildirilib ki, həmin əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb. Araşdırma zamanı tullantıların yaxınlıqdakı quşçuluq sexinə aid olduğu müəyyən edilib: “Faktla bağlı akt, protokol tərtib edilərək quşçuluq sexinin sahibi Marif Muradov vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə olunub”.

Xidmət rəsmisinin sözlərinə görə, tullantıların ərazidən təmizlənməsi üçün məsul qurumlara göstəriş verilib.

“Təəssüf ki, hələ də belə məsuliyyətsiz hallarla üzləşməli və yaşadığımız mühitə etinasız yanaşmanın, ətraf mühitə laqeyd münasibət göstərən şəxslərin əməllərinin şahidi oluruq. Hər birimiz anlamalıyıq ki, ətraf mühitə vurduğumuz zərər özümüzə qayıdır. Gəlin, yaşadığımız mühiti zibilləməyək, ətraf mühitin çirkləndirilməsinə imkan verməyək”, - deyə F.Piriyev qeyd edib.