logo

Masallıda qardaşını öldürüb həyətdə  basdıran şəxsin məhkəməsi başlayır

11:11 27-04-2022 | icon 1400
Masallıda qardaşını öldürüb həyətdə  basdıran şəxsin məhkəməsi başlayır

2022-ci il yanvarın 3-də Masallı rayonunun Ərkivan qəsəbə sakini 1978-ci il təvəllüdlü Qalib Cəbiyevin öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Masallı rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, istintaqla zərərçəkmişin qardaşı Seyfulla Cəbiyevin qeyd edilən tarixdə gecə saatlarında birgə yaşadıqları evdə heç bir əsaslı səbəb olmadan Qalib Cəbiyevə yumruq və təpiklə zərbələr vurub qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti yaşadıqları evin həyətyanı sahəsində basdırmasına əsaslı şübhələr müəyyənləşdirolib.

İş üzrə toplanmış sübutlar əsasında Seyfulla Cəbiyevə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.