logo

Ağdaşda “Hyundai” yolu keçən qadını vurub öldürüb

10:57 22-04-2022 | icon 1435
Ağdaşda “Hyundai” yolu keçən qadını vurub öldürüb

Ağdaşda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, aprelin 21-də saat 11 radələrində Ağdaş şəhəri ərazisində Bulaqotağı kənd sakini Y.Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən rayon sakini Həqiqət Kərimovanı vurub.

Hadisə nəticəsində xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda həlak olub.

Hadisə ilə bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.