logo

Cüdoçularımız Fransada Avropa kuboku yarışında iştirak edəcəklər

15:55 11-04-2022 | icon 3290
Cüdoçularımız Fransada Avropa kuboku yarışında iştirak edəcəklər

Aprelin 23-24-də Fransanın Strasburq şəhərində kadetlər arasında cüdo üzrə Avropa kuboku yarışı keçiriləcək.

YeniAvropa xəbər verir ki, yarışa Azərbaycan komandası da qatılacaq. Belə ki, turnirdə cüdoçularımızdan Məhəmməd Məmişov, Xalid Məmmədov (50 kq), Məhəmməd Musayev, Xanəhməd Şərifov, Şahin Oruczadə (55 kq), Nizami İmranov, Mehdi Cəfərov (60 kq), Nicat Nağıyev, Əbil Yusubov (66 kq), Süleyman Əliyev, Əli Hacızadə, Nahid Tərquliyev (73 kq), Camal Baxışov (81 kq), Ramazan Əhmədov, Zaur Sarıoğlunun (+90 kq) iştirakı planlaşdırılıb. Qızlar arasında isə Xumar Qasımzadə (44 kq), Fidan Qasımova (52 kq) və Fidan Əlizadə (57 kq) mübarizə aparacaqlar.

Avropa kuboku yarışında iştirak etmək üçün indiyədək 18 ölkədən 250-dən çox cüdoçu qeydiyyatdan keçib.