logo

Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxdu

17:56 08-04-2022 | icon 5215
Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxdu

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 22 yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 252 nəfər müalicə olunaraq sağalıb, 9 mın 703 nəfər vəfat edib. Aktiv xəstə sayı 233 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 867, bu günə qədər isə ümumilikdə 6 milyon 735 min 182 test icra olunub.