logo

Avropa çempionatı:4 şahmatçımız dünya kubokuna vəsiqə qazandı

09:30 07-04-2022 | icon 2835
Avropa çempionatı:4 şahmatçımız dünya kubokuna vəsiqə qazandı

Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı başa çatıb.

YeniAvropa xəbər verir ki, qitə birinciliyində təmsilçilərimizdən ən yaxşı nəticəni Vasif Durarbəyli göstərib. Belə ki, 11 turdan 8 xal toplayan şahmatçımız 3-8-ci yerləri bölüşüb. Digər şahmatçılarımızdan 7,5 xal qazanan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-10-11-ci yerlərdə, Nicat Abasov isə 26-cı pillədə qərarlaşıb.

Yarışın qalibi 8,5 xalla almaniyalı Matias Blubaum olub.

Qitə birinciliyinin nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan şahmatçılar 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanıblar.