logo

Cüdo millimiz Asiya kuboku yarışında ikinci yeri tutub

20:10 06-04-2022 | icon 3794
Cüdo millimiz Asiya kuboku yarışında ikinci yeri tutub

Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmələr arasında keçirilən cüdo üzrə Asiya kuboku yarışında cüdoçularımız uğurla çıxış ediblər.

YeniAvropa xəbər verir ki, yeniyetmə idmançılarımız turnirdə iki qızıl medal qazanaraq oğlanlar arasında ikinci yeri tutublar. Ümumi medal sıralamasında isə yığmamız üçüncü pillədə qərarlaşıb. Qızıl medalları komandamızın aktivinə Nahid Tarquliyev (73 kq) və Əbil Yusifov (66 kq) yazdırıblar.

Azərbaycanın 22 cüdoçu ilə təmsil olunduğu turnirdə altı ölkədən 314 idmançı mübarizə aparıb.