logo

Eldəniz Əzizli Avropa çempionatının 6 medalı ilə güləş tariximizə düşüb

12:14 04-04-2022 | icon 2226
Eldəniz Əzizli Avropa çempionatının 6 medalı ilə güləş tariximizə düşüb

Eldəniz Əzizli Macarıstanda Avropa çempionu olmaqla Azərbaycan yunan-Roma güləşi tarixində rekorda imza atıb.

YeniAvropa xəbər verir ki, çempionatda 55 kiloqram çəki dərəcəsində çıxış edən pəhləvanımız yunan-Roma güləşi növündə böyüklər arasında ən çox Avropa çempionatı medalı olan idmançımızdır.

E.Əzizlinin hesabında 6 qitə birinciliyinin medalı var. Güləşçi 2018-ci ildə Kaspiyskdə və 2022-ci ildə Budapeştdə qitənin ən güclüsü adını qazanıb, 2011-ci ildə Dortmundda, 2019-cu ildə Buxarestdə, 2020-ci ildə Romada və 2021-ci ildə Varşavada fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.