logo

Antalya “Böyük dəbilqə”sində bu gün 5 cüdoçumuz yarışacaq

10:10 03-04-2022 | icon 2352
Antalya “Böyük dəbilqə”sində bu gün 5 cüdoçumuz yarışacaq

Antalyada keçirilən “Böyük dəbilqə” turnirinin son günündə daha 5 cüdoçumuz mübarizəyə başlayır.

YeniAvropa xəbər verir ki, yarışın üçüncü günündə kişilər arasında Rüfət İsmayılov (90 kq) Qeorqi Qramatikov (Bolqarıstan), Elmar Qasımov (100 kq) Qriqori Minaskin (Estoniya), Zelim Kotsoyev Nulixan Şarxan (Qazaxıstan) - Mərt Şişmanlar (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaqlar. Yüz kiloqramdan yuxarı çəki dərəcəsində isə cüdoçularımız İmran Yusifov Marius Fizel (Slovakiya), Uşanqi Kokauri Mirça Kroytoru (Rumıniya) - Lorenzo Aqro Silvayn (İtaliya) görüşünün qalibi ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, komandamızın aktivində hələlik, medal yoxdur. Ümumi mükafat fondu154 min avro olan yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunur.

Bu gün başa çatacaq yarışda 63 ölkədən 500-dən çox cüdoçu mübarizə aparır.